Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 53 850 (+200) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 193 (+13) tank, 4 682 (+17) zirehli döyüş maşını, 1 295 (+5) artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 167 hava hücumundan müdafiə sistemi, 250 (+4) təyyarə, 215 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 522 (+21) avtomobil texnikası və avtosistern, 120 xüsusi texnikadan ibarətdir.












