Rusiya müharibənin 205-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 293 təyyarəsi, 155 helikopteri, 1 965 PUA-sı, 375 zenit-raket kompleksi, 4 940 tank və digər zirehli texnikası, 837 reaktiv yaylım atəş sistemi, 3 392 artilleriya və minaatanı, 5 516 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












