208-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

208-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 54 650 (+170) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 (+6) tank, 4 720 (+8) zirehli döyüş maşını, 1 313 (+7) artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 (+1) təyyarə, 217 (+1) helikopter, 920 (+12) PUA, 238 (+5) qanadlı raket, 15 gəmi, 3 581 (+31) avtomobil texnikası və avtosistern, 125 (+4) xüsusi texnikadan ibarətdir.