209-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

209-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 54 810 (+160) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 216 (+4) tank, 4 724 (+4) zirehli döyüş maşını, 1 323 (+10) artilleriya sistemi, 318 (+6) reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 (+1) təyyarə, 217 helikopter, 925 (+5) PUA, 239 (+1) qanadlı raket, 15 gəmi, 3 587 (+6) avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.