210-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

210-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 55 110 (+300) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 227 (+13) tank, 4 748 (+24) zirehli döyüş maşını, 1 340 (+17) artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 (+1) təyyarə, 217 helikopter, 932 (+7) PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 (+23) avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.