211-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

211-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 55 510 (+400) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 236 (+9) tank, 4 776 (+28) zirehli döyüş maşını, 1 341 (+1) artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 (+1) hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 (+1) helikopter, 941 (+9) PUA, 240 (+1) qanadlı raket, 15 gəmi, 3 630 (+20) avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.