Rusiya müharibənin 243-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 325 təyyarəsi, 162 helikopteri, 2 326 PUA-sı, 383 zenit-raket kompleksi, 6 020 tank və digər zirehli texnikası, 874 reaktiv yaylım atəş sistemi, 3 521 artilleriya və minaatanı, 6 741 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












