Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 67 970 hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 590 tank, 5 295 zirehli döyüş maşını, 1 673 artilleriya sistemi, 375 reaktiv yaylım atəşi sistemi, 189 hava hücumundan müdafiə sistemi, 270 təyyarə, 245 helikopter, 1 370 PUA, 350 qanadlı raket, 16 gəmi, 4 044 avtomobil texnikası və avtosistern, 149 xüsusi texnikadan ibarətdir.












