Rusiya müharibənin 244-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 326 (+1) təyyarəsi, 162 helikopteri, 2 339 (+13) PUA-sı, 383 zenit-raket kompleksi, 6 046 (+26) tank və digər zirehli texnikası, 874 reaktiv yaylım atəş sistemi, 3 525 (+4) artilleriya və minaatanı, 6 758 (+17) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












