244-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

244-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 68 420 (+450) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 611 (+21) tank, 5 321 (+26) zirehli döyüş maşını, 1 674 (+1) artilleriya sistemi, 377 (+2) reaktiv yaylım atəşi sistemi, 190 (+1) hava hücumundan müdafiə sistemi, 271 (+1) təyyarə, 248 (+3) helikopter, 1 372 (+2) PUA, 350 qanadlı raket, 16 gəmi, 4 054 (+10) avtomobil texnikası və avtosistern, 149 xüsusi texnikadan ibarətdir.