Rusiya Müdafiə Nazirliyi müharibənin 54-cü günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 139 təyyarə, 483 pilotsuz uçuş aparatı, 250 zenit-raket kompleksi, 2 326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1 004 səhra artilleriya silahı və minaatan, həmçinin 2 184 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, – deyə o bildirib.












