PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan dünyasını dəyişib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Osman Öcalan koronavirusdan vəfat edib.
O.Öcalan uzun müddət Ərbildə yerləşən bir xəstəxanada reanimasiyada COViD-19-dan müalicə alıb.
Qeyd edək ki, 1958-ci ildə Şanlıurfada doğulan Osman Öcalan 1978-ci ildə Liviyada təlim gördükdən sonra PKK terror təşkilatına qatılıb. Buna baxmayaraq, 1992-ci ildə İraqın Kürd partiyası ilə atəşkəs imzalamasından sonra PKK tərəfindən həbs edilib. Bununla belə, Osman Öcalan 1994-cü ildə təşkilatdan ayrılıb, sonra geri qayıdıb və 2004-cü ildə yenidən təşkilatı tərk edib.












