Batan Moskva kreyserinin komandiri ölüb

Batan Moskva kreyserinin komandiri ölüb

“Rusiyanın “Moksva” kreyserində baş verən partlayış və yanğın nəticəsində gəminin komandiri Anton Kiprin ölüb”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlayıb.

Xatırladaq ki, aprelin 13-də Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirib. Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-də batıb.