Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
NOCOMMENT.az bildirir ki, Cəlilabadda 28 yaşlı qadını avtomobil vuraraq öldürüb. Rayonun Privolnoye kəndində 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı həmkəndlisi Qasım Qasımovun idarə etdiyi “VAZ – 2199” markalı avtomobil vurub.
Ağır dərəcəli bədən xəsarətləri alan qadını xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.












