Daşkəsəndə biri uşaq olmaqla iki nəfər itkin düşdü

Daşkəsəndə biri uşaq olmaqla iki nəfər itkin düşdü

Daşkəsən rayonunda 2 nəfər itkin düşüb.

NOCOMMENT.az-ın  məlumatına görə, rayonun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyulun 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Hazırda hər iki şəxsin axtarışları davam etdirilir.”Report”