Erməni deputatların Qarabağa səfəri əvvəlcədən razılaşdırılmayıb

Erməni deputatların Qarabağa səfəri əvvəlcədən razılaşdırılmayıb

“Erməni deputatların Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya sülhməramlı kontingenti (RSK) ciddi şəkildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Bu səfər əvvəllər RSK komandanlığı ilə razılaşdırılmayıb”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, bu sənədin müddəalarına zidd olduğu iddia edilən hərəkətlərə dair bütün bəyanatlar reallığa uyğun gəlmir: “Biz gözləyirik ki, həm RSK-nın məsuliyyət zonasında, həm də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcək”.