Ermənistanın paytaxtı Yerevanda sakinlər arasında atışma olub.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə zamanı paytaxtın Nork-Maraş rayonunun 61 yaşlı sakini Lavrent Aruşanyan xəsarət alıb. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçiriblər. İnsidentin başvermə şəraiti və səbəbi araşdırılır.











