“Xankəndidəki su probleminin Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlarla əlaqəsi yoxdur”.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Xankəndidəki separatçı qurumun nümayəndəsi Radi Abramyan deyib.
O, bununla bağlı şəhər və sosial şəbəkələrdə yayılan iddianı təkzib edib.
“Bu məlumatlar reallığa uyğun gəlmir. Su çatışmazlığı istidən qaynaqlanır”, – deyə Abramyan bildirib.
“Sputnik Ermənistan”ın məlumatına görə, hazırda Xakəndiyə suyun verilməsi dayanıb.
Sayt qeyd edib ki, Qarabağın mütləq əksəriyyətinə Azərbaycan ordusununun nəzarətinə keçməsindən sonra həmin bölgədələrdə yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Xankəndidə yerləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Su istehlakı əhəmiyyətli dərəcədə artıb.
Hazırda Xankəndidə yaşayan ermənilərin suya olan ehtiyacının artezian quyularınının hesabına ödənildiyi bildirilib.
Sosial şəbəkələrin erməni seqmentində Xankəndidəki su çatışmazlığının Azərbaycan Silahlı Qüvvələri tərəfindən su axınlarının qarşısının kəsilməsi ilə bağlı məlumat yayılıb. Həmin iddiaya görə, bu, Azərbaycan ordusunun Xankəndi yaxınlığındakı bəndə nəzarət etmələri ilə əlaqədardır.












