Ermənistan Baş nazirinin müavini Rusiyaya gedib

Ermənistan Baş nazirinin müavini Rusiyaya gedib

Ermənistan Baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının üzvü Mqer Qriqoryan Rusiyaya işgüzar səfərə yola düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetindən bildirilib.

O, Avrasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək iclasında iştirak edəcək.