Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Qafan, Mehri və Gorus rayonunun Tex kəndində bəzi torpaq sahələrinin ödənişsiz əsaslarda istifadə üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə verilməsinə dair qərar qəbul edilib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu qərarın qəbulu Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsi ehtiyacı ilə əsaslandırılıb.
Bildirilib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra, Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsinə ehtiyac yaranıb və məhz bu məqsədlər üçün lazımi torpaq sahələri ayrılıb.
Qərar müzakirə olunmadan qəbul edilib.











