Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi

Ermənistan ordusu hərbi qulluqçusunu itirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, zirehli transportyorun (BTR) dərəyə yuvarlanması nəticəsində azı 1 hərbçi ölüb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

Məlumata görə, dünən saat 19 radələrində BTR yoldan kənara çıxaraq 100 metr dərinliyində dərəyə yuvarlanıb. Hadisə yerində keçən il hərbi xidmətə çağırılmış Arman Qambaryan dünyasını dəyişib.

Araşdırma aparılır.