“Rusiyadan aldığımız qazın pulunun rublla ödənilməsinin mümkünlüyü müzakirə olunur”.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan Milli Məclisində çıxışı zamanı deyib: “Çünki Avrasiya İqtisadi İttifaqında gömrük bölgüsü valyutası məsələsi də müzakirə olunur. Gündəmdə ölkələr öz təkliflərini verir və təbii ki, xarici valyutanın ixracı məsələsinin həlli ilə bağlı da təkliflər mövcuddur.
İndi mən məsələnin həll olunacağına söz verə bilmərəm, çünki obyektiv şərait var, lakin bu gün bu məsələ ictimai müstəvidə müzakirə olunur və nə vaxtsa gündəmə çeviriləcək”.












