Ermənistan hökumət binasının qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xatırladaq ki, hökumətin növbəti iclası saat 11-də keçiriləcək.
Bundan əvvəl “Hərəkat 5165”in lideri Karin Tonoyan itaətsizlik aksiyalarının başladığını elan etmişdi.












