Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Qara Qaqo” Moskvadan Yerevana qayıdan zaman Zvartnos hava limanında saxlanılıb.
Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.
Qeyd edək ki, Q.Beqlaryan 2006-cı ildən keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvüdür. O, 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə nəqliyyat və rabitə naziri işləyib.











