Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrayr Tovmasyan, həyat yoldaşı Lamara Xudaverdyan, qızları Qohar və Meri Tovmasyan, daha iki qohumu Sona Xudaverdyan və Rubik Kazaryan Baş Prokurorluğun Departamentinə çağırılıblar.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onlar qanunsuz olaraq əmlak müsadirə etməkdə şübhəli bilinirlər.
Bildirilib ki, Baş Prokurorluq “Qanunsuz mənşəli əmlakın müsadirəsi haqqında” qanunun uyğun maddələrinə əsasən, onların əmlakı ilə bağlı araşdırma aparıb. Aradırmalar nəticəsində yekun sənəd hazırlanıb.
Onlar sentyabrın 7-də izahat vermək üçün Baş Prokurorluğa çağırılıblar.












