Ermənistanda hərbi vəziyyət elan olunacaq?

Ermənistanda hərbi vəziyyət elan olunacaq?

“Hazırda Ermənistanda hərbi vəziyyətin elan olunmasını məqsədəuyğun hesab etmirəm”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən deyib.

“Belə bir nəticəyə gəldik ki, hazırda hərbi vəziyyət elan etməyə gərək yoxdur”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, N.Paşinyan sentyabrın 14-də ölkədə hər an hərbi vəziyyətin elan oluna biləcəyini açıqlamışdı.