Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Xatırladaq ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 16-ya çatıb.












