Ermənistanda polis əməkdaşı özünü güllələyərək intihar edib

Ermənistanda polis əməkdaşı özünü güllələyərək intihar edib

Ermənistanın Eçmiadzin şəhərindəki mədəniyyət evində gənc polis çavuşunun meyiti aşkarlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu ölkə Polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsi rəisinin müavini Edqar Canoyan “Novosti Armeniya”ya bildirib.

Onun sözlərinə görə, polis əməkdaşı tabel silahı ilə özünü güllələyib. Lakin E.Canoyan hadisə ilə bağlı əlavə məlumat verməkdən imtina edib.

Hadisənin səbəbi araşdırılır.