Ermənistanın qadın baş prokuroru işə başladı

Ermənistanın qadın baş prokuroru işə başladı

Anna Vardapetyan Ermənistan Respublikasının yeni baş prokuroru kimi bu gündən vəzifəsinin icrasına başlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan sentyabrın 14-də Vardapetyanı baş nazirin köməkçisi vəzifəsindən azad edib.

Xatırladaq ki, parlamentin iyunun 29-da keçirilən növbədənkənar sessiyasında baş nazirin köməkçisi Anna Vardapetyan Ermənistanın baş prokuroru vəzifəsinə seçilib.