Ermənistanlı deputatlar Qazaxın 7 kəndinin qaytarılmasına QARŞI ÇIXDILAR

Ermənistanlı deputatlar Qazaxın 7 kəndinin qaytarılmasına QARŞI ÇIXDILAR

Ermənistan parlamentində Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması müzakirə olunub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, “Hayastan” blokunun üzvləri Tavuş vilayətini ziyarət edərək Qazaxın işğal altındakı 7 kəndində olublar. Onlar bölgədə məskunlaşmış erməni sakinlərlə görüşüblər.

“Hayastan” blokunun üzvü Aqnessa Amoyan həmkarları ilə bölgədə olduqlarını, Tavuş vilayətinin qubernatoru Vaqe Qalumyanın bəzi Azərbaycan ərazilərinin onların nəzarətində olduğunu və ərazi mübadiləsinin istisna edilmədiyini əlavə edib.

Müxalif deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Armen Xaçatryandan Qazaxın kəndlərinin Azərbaycana qaytarılması perspektivi ilə maraqlanıb.

İqtidardan olan deputat kəndlərin qaytarılmasına qarşı olduğunu əlavə edib.

“Mən Azərbaycana hər hansı ərazilərin qaytarılmasına qarşıyam. Erməniatan bunun olmaması üçün addımlar atmalıdır. Siyasi komandam bu məsələdə mənimlə həmrəydir”, – deyə Xaçatryan söyləyib.

Xatırladaq ki, Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri işğal altındadır.