Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında gürcü musiqiçilərin məşhur “Azərbaycan” mahnısını oxuması ilə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, paylaşımda deyilir:
“Gürcü musiqiçilərin ifasında məşhur “Azərbaycan” mahnısı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan arasında “dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin” səmimi illüstrasiyası”, – paylaşımda deyilir.












