Gürcüstan DİN-dən Dmanisidəki hadisələrlə bağlı RƏSMİ AÇIQLAMA

Gürcüstan DİN-dən Dmanisidəki hadisələrlə bağlı RƏSMİ AÇIQLAMA

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə dava edən hər iki tərəfinpolisin qanuni tələblərinə əməl etməyə çağırıb.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama yayıb.

DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə riayət etməyə çağırıb.

Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.

“Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək”, – deyə məlumatda qeyd olunub.