Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs helikopter və Rusiya bayrağı istəyib

Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs helikopter və Rusiya bayrağı istəyib

Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, – deyə məlumatda bildirilib.

Soyğunçu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyib. Daha sonra cinayətkar yeni tələblər irəli sürüb. O, helikopter, tilov və Rusiya bayrağı istəyib.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.