Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bir qrup rəsmi şəxslə İrəvana gedir.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.
Qeyd olunur ki, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistan-Azərbaycan sərhədinə səfər edəcək.
General Sidorov İrəvana səfərdən əvvəl bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədində KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət gedə bilməz: “Təşkilat münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir. Gəlin qabağa getməyək. Sadəcə onu demək istəyirəm ki, sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik yolla həll edilməlidir”.












