Yerevanda gecə saatlarında atışma baş verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Mənbənin verdiyi məlumata görə, saat 00:20-də polisə Erebuni tibb mərkəzindən üç nəfərin güllə yarası ilə, bir nəfərin də bıçaq xəsarəti ilə onlara təslim edildiyi siqnalı gəlib. Yaralılar paytaxtın Toxmax məhəlləsində yerləşən qəbiristanlığın yaxınlığındakı ərazidən götürülüblər.
İrəvan Polis Şefi Sevan Köçəryan və müstəntiqlər də daxil olmaqla polis məmurları xəstəxanaya gəliblər.
Məlumata görə, yaralılar arasında paytaxtın Şenqavit və Malatya bələdiyyələrinin başçıları da var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində pulemyot, tapança, patronlar və qan izləri tapıblar.











