İrəvanda nazir müşavirinin maşınından pulqabı oğurlanıb

İrəvanda nazir müşavirinin maşınından pulqabı oğurlanıb

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib.

Xatırladaq ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər itkin düşüb. Zərərçəkənlərin ümumi sayı 62 nəfərdir.

Hazırda yaralılardan 4-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, səhhətləri qənaətbəxş qiymətləndirilir.

Dağıntılar altından 21 avtomobil çıxarılıb.