İrəvanda qəhrəmanın burnu qopdu: Panika başladı

İrəvanda qəhrəmanın burnu qopdu: Panika başladı

Ermənistanın milli qəhrəmanı Leonid Azqaldiyanın büstü təhqir olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə erməni rəssam Haqtanak Şaumyanın oğlu Ara Şaumyan özünün feysbuk hesabında paylaşım edib.

O bildirib ki, guya Ermənistanda türk agentləri fəaliyyət göstərir və bu da onların işidir: “Hibrid müharibə tam olaraq göründüyü kimidir. Bu agentləri yerindəcə cəzalandırmaq lazımdır”.