Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb. Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.
Hücuma məruz qalan azərbaycanlıların sözlərinə görə, onlara qarşı beşbarmaqdan istifadə olunub. Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.











