Klaar: Avropa İttifaqının Cənubi Qafqazda öz maraqları var

Klaar: Avropa İttifaqının Cənubi Qafqazda öz maraqları var

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “Amerikanın səsi”nə müsahibəsində bildirib.

“Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fəaliyyəti, eləcə də bu istiqamətdə səylər Aİ-nin işə qarışmasından xəbər verir. Aİ-nin regiondakı fəaliyyətinin digər sübutu Ermənistanda Azərbaycanla sərhəddə müşahidə missiyasının yerləşdirilməsidir. Avropa İttifaqının burada öz maraqları var. Dinc və firavan Cənubi Qafqazda maraqlıyıq. Ona görə də Ermənistanla Azərbaycan arasında münaqişəni həll edə bilmək vacibdir”, – deyə Klaar vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqazda gedən siyasi proseslərdə aktivləşməsi Rusiyanı ciddi narahat edir.