Korotçenko: 30 il İrəvana xidmət etdi, pişik kimi atıldı

Korotçenko: 30 il İrəvana xidmət etdi, pişik kimi atıldı

Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko İrəvanın Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası qoyulmasına reaksiya verib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, İ.Korotçenko yazıb: “30 il erməni maraqlarına xidmət etmək – sonda da pişik kimi zibil qabına atılmaq…”

Qeyd edək ki, Zatulinin yaratdığı “Lazarev klub”u cəmi üç gün sonra, oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı. Ancaq Zatulin İrəvandan məktub alıb və ona səfərinin arzulanmaz olduğu bildirilib.