Kremldən Şoyqunun az görünməsi ilə bağlı AÇIQLAMA

Kremldən Şoyqunun az görünməsi ilə bağlı AÇIQLAMA

“Müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı çoxlu narahatlığı olduğundan hazırda media fəaliyyətinə vaxtı yoxdur”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Müdafiə nazirinin indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdur, bu, tamamilə başa düşüləndir”, – deyə o, Şoyqu ilə bağlı danışarkən deyib.

Şoyqunun səhhətində problemlərin olub-olmaması ilə bağlı iddalara cavab verən Peskov deyib: “Agentlik nəşrini dinləməyə ehtiyac yoxdur, Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkiblər.