Naməlum şəxslər Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat veriblər.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, gecə “Azərbaycan” pavilyonu yoxlanılıb.
“Azərbaycan pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, – deyə mənbə TASS agentliyinə bildirib.












