Müxalifət Paşinyanı istefaya göndərə bilmədi

Müxalifət Paşinyanı istefaya göndərə bilmədi

Ermənistan parlamentinin baş nazir Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

NOCOMMENT.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb:

“İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı”.