Novosibirskdə vəziyyət gərginləşib: Polis döyüş hazırlığına gətirilib – VİDEO

Novosibirskdə vəziyyət gərginləşib: Polis döyüş hazırlığına gətirilib – VİDEO

Novosibirskin Moşkov qəsəbəsində polis əməkdaşının azərbaycanlı gənci güllələməsindən sonra gərginlik artmaqdadır – bu gün əslən Azərbaycandan olan Gürcüstanın Dmanisi rayonunun vətəndaşı 19 yaşlı Vəkil Abdullayevin qohumları, yaxınları və dostları qəsəbəyə toplaşıblar.

NOCOMMENT yerli teleqram kanallarına istinadən xəbər verir ki, qəsəbənin polis mətnəqəsində iş rejimi gücləndirilib və polis döyüş hazırlığına gətirilib.

Bir daha xatırladaq ki Toyota-nın sükanı arxasında qanun təmsilçilərinə tabe olmayan 3 nəfərin saxlanılması 38 yaşlı Aleksandrın 19 yaşlı Vəkili yaralaması ilə nəticələnib. Başında ağır zədə alan gənc xəstəxanada əməliyyat olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir.

Bu gün Vəkilin tanışları xəstəxananı mühasirəyə alıblar və nahardan sonra polis bölməsinə tərəf yollanıblar. Polis məntəqəsi özü ciddi mühafizə altındadır, polisin bildirdiyinə görə vəziyyət nəzarət altındadır…