Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan koronavirus infeksiyasına qarşı peyvənd vurdurublar.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Paşinyan feysbukda paylaşım edib
“Bu gün Anna və mən özümüzü koronavirusdan qorumaq üçün peyvənd olunduq. Vətəndaşlarımızı fəal şəkildə peyvənd olunmağa çağırıram”, – deyə Paşinyan yazıb.
Tibb müəssisəsində baş naziri və həyat yoldaşını səhiyyə naziri Anait Avanesyan qarşılayıb. Vaksinasiya zamanı hansı eyvənddən istifadə olunması barədə məlumat verilməyib.











