Paşinyana etiraz: O murdarın uşaqlarımızın məzarına gəlməsini istəmirik

Paşinyana etiraz: O murdarın uşaqlarımızın məzarına gəlməsini istəmirik

“O murdarın uşaqlarımızın məzarına gəlməyini istəmirik”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri 44 günlük müharibədə həlak olan hərbçilərdən birinin atası “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.

“Burada bütün valideynlər mənimlə razılaşır. Əgər sən – Paşinyan – ordasansa, bu ziyarətgah murdarlanır. Bu uşaqları öz əlinlə sən öldürdün, indi aktyor kimi gəlirsən, milləti aldadırsan. Sən gəlməkdə səhv edirsən, övladlarımızın məzarları təmiz qalmalıdır. Ondansa, Milli Məclisdə qapıları bağlasınlar, hamı silah götürüb Cermuka getsin, sərhədi qorusun”.

Zərərçəkənin atası bildirib ki, qırmızı və qara beretli polislər valideynlərə, o cümlədən analara fiziki xəsarət yetirdiyinə görə məsuliyyət daşımalıdır.

“Övladlarımız bu vətən üçün ölüblər. Bəs yaxşı, bu gün onların ata-analarının əllərini burub buradan niyə aparırsınız? Əgər hökumət üzvlərindən kimsə gəlib oğlumun məzarına gül dəstəsi qoyubsa, deməli, onun qəbrini təhqir edir. Səhiyyə naziri Anahit Avanesyan kimdir ki, gəlib oğlumun məzarına gül qoymalıdır? Mən bunu bağışlamayacağam”, – deyə ölən hərbçinin atası hiddətlənib.