Paşinyandan növbəti etiraf: 135 hərbçi öldü

Paşinyandan növbəti etiraf: 135 hərbçi öldü

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində 135 hərbçisinin öldüyünü açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir hökumətin iclasında danışıb.

O əlavə edib ki, “bu rəqəm, təəssüf ki, yekun deyil, yaralıların da sayı çoxdur…”

Paşinyan qeyd edib ki, hərbçilər Ermənistanın ərazi bütövlüyünü qorumaq uğrunda canlarından keçiblər. İclas iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.