Putinlə onlayn görüşdə Şoyqunun köhnə kadrları istifadə olunub? – FOTO

Putinlə onlayn görüşdə Şoyqunun köhnə kadrları istifadə olunub? – FOTO

Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi onlayn iclasda müdafiə naziri Sergey Şoyqunun köhnə kadrlarının istifadə olunduğu iddia edilir.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Kann Diplomatik masasının müxbiri Amiçai Stein sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Şoyqunun sözügedən iclasda geyimi, duruşu və s. xüsusiyyətləri daha əvvəl dərc edilən kadrlara çox bənzəyir.

Qeyd edək ki, xarici mətbuatda Şoyqunun iki həftədir “yoxa çıxdığı” iddia olunur. Belə ki, onun sonuncu dəfə martın 11-də ictimaiyyət qarşısına çıxdığı bildirilir və qeyd olunur ki, jurnalistlər Şoyqunu 14 gündür görmürlər.