Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalıda böyük rol oynayan “Aparan” adlı hərbi qruplaşmanın fəal üzvlərindən biri – Suzanna Marqaryan Ermənistan-Azərbaycan sərhədində öldürülüb.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumatda bildirilir ki, “Azadlıq döyüşçüsü” ləqəbi ilə tanınan Suzanna Marqaryan adlı qadın Azərbaycana qarşı hazırlanan təxribatlarda iştirak etmək üçün cəbhə xəttinə gəlib.
Suzanna Marqaryan 1-ci Qarabağ müharibəsi zamanı hazırda Ermənistan Müdafiə nazirinin müşaviri olan 82 yaşlı Razmik Petrosyanla birgə Azərbaycan ordusuna qarşı döyüşüb. Ötən əsrin 90-cı illərinin əvvəlində Qarabağın işğalında və azərbaycanlılara qarşı törədilən vəşhiliklərdə yaxından iştirak edib.















