“Burada yaşamaq üçün heç bir şərait yoxdur. Və hələ köçüb gedənləri qınayırsınız?! Düz edirlər, gedirlər!”.
NOCOMMENT moderator.az-a stinadən xəbər verir ki, bu sözləri Xankəndidəki qondarma erməni meriyasının feysbuk səhifəsində son günlər şəhərin içməli su təchizatında yaranmış ciddi problemlərə etirazını bildirən Xankəndi sakini Svetlana Akopyan yazıb.
“Qarabağda axmaq kimi sürünməyə məcbursan, bu, yaşamaq deyil. Həmişə gah su, gah işıq, gah da qaz olmur. Və siz insanları belə bir şəraitdə burada saxlamağa çalışırsınız?! Beləmi? “, – deyə S.Akopyan daha sonra yazıb.
“Əvvəlcədən suyun kəsiləcəyi barədə xəbərdarlıq etməyin bir yolu yoxdur, yoxsa?! Bir saat ərzində buxarlandı su?! Orada nə edirsiniz?! Su kanalı idarəsinə zəng edib düşə bilmirəm. Yəqin ki, zəngləri cavablandırmamaq üçün dəstəyi kənara qoyublar. Bəlkə xalqı ələ salmağınız kifayətdir?! Hər yerdə bir “bardaq” var! “, – deyə digər Xankəndi sakini Qoarina Xondkaryan da separatçı-terrorçu erməni rəhbərliyinə etirazını rus dilində belə ifadə edib.
Xatırladaq ki, son günlər Xankəndidə içməli su ilə bağlı ciddi problem yaranıb. Qondarma meriyadan verilən məlumata görə, buna səbəb kəskin istilər səbəbindən şəhəri su ilə təmin edən çayların qurumasıdır.












